Gundemxeber.az » Dünya » HƏMAS girov götürdüyü israilli hərbçilərin hansı halda azad ediləcəyini açıqladı
“HƏMAS girov götürdüyü bütün qadın və uşaqları azad edib”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu açıqlama ilə HƏMAS-ın Siyasi Bürosünün rəhbərinin müavini Saleh əl-Aruri çıxış edib.
“İsrail hələ də israr edir ki, bir neçə qadın və uşaq bizim tərəfimizdən girov saxlanılmaqda davam edir, lakin biz onların olmadığını bəyan etmişik. Biz əlimizdə olan qadın və uşaqların hamısını dəyişdirmişik. Əgər digər belə hallar varsa, bizim həmin şəxslərdən xəbərimiz yoxdur və ya onlarla bağlı məlumatsızıq”, - deyə HƏMAS rəsmisi vurğulayıb.
Saleh Əl-Aruri bildirib ki, hazırda HƏMAS-ın əsirliyində yalnız İsrail əsgərləri və orduda xidmət edən kişilər qalıb.
“Hərəkat yalnız Qəzza zolağına təcavüz dayandırılacağı təqdirdə onları azad etməyə razı olacaq”, - əl-Aruri əlavə edib.
Gundemxeber.az
27-10-2023, 21:39
27-06-2017, 17:45
6-05-2016, 02:25
24-02-2017, 11:33
10-07-2014, 02:19
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?