Gundemxeber.az » Dünya » ABŞ-də müsəlmanlar Baydenə qarşı kampaniya başlatdılar
ABŞ-də müsəlmanlar Prezident Co Baydenin atəşkəs çağırışı etmədiyini və Fələstində insanları qorumaq istəmədiyini iddia edərək ona qarşı “AbandonBiden” (“Baydendən imtina et”) adlı kampaniya başladıblar.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Miçiqan ştatında bir araya gələn bir qrup müsəlman 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokratlar və Respublikaçılar arasında rəqabətin güclü olacağı gözlənilən Minnesota, Arizona, Viskonsin, Florida, Corciya, Nevada və Pensilvaniyada Baydenə qarşı seçki kampaniyası aparmağa qərar veriblər.
“Baydendən imtina et” kampaniyası qarşıdan gələn 2024-cü il prezident seçkilərində Fələstində atəşkəsə çağırış etmədiyi və insanları qorumaq istəmədiyinə görə prezident Baydenə verilən dəstəyi geri götürmək cəhdidir”, - deyə kampaniyanın təşkilatçıları bildiriblər.
Təşkilatçılar həmçinin qeyd ediblər ki, müsəlman liderlər Baydenin mübahisəli ştatlarda seçkiləri uduzmasını təmin etmək üçün birlikdə çalışacaqlar.
Gundemxeber.az
26-04-2019, 13:43
25-08-2020, 14:52
13-04-2020, 14:54
5-11-2020, 17:41
14-11-2016, 18:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?