ABŞ tarixində ən çirkli seçki kampaniyası yaşandı. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin NTV-yə açıqlamasında deyib. O, Ağ Evin yeni rəhbəri Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin bir çox məsələlərdə eyni mövqedən çıxış etdiyini bildirib: “Trampa qarşı aparılan çirkli kampaniya və ona edilən təzyiqlər qələbəni gətirən əsas faktorlar hesab edilə bilər. Çünki insanlar bundan narahatlıq keçirdilər və Trampı dəstəklədilər. Seçki ərəfəsində istifadə edilən bütün metodlar çirkli kampaniyanın tərkib hissəsi idi”. Duma sədri onu əlavə edib ki, respublikaçı prezident öz vədlərinə sadiq qalarsa ABŞ-Rusiya yenidən formalaşdırıla bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?