Gundemxeber.az » Dünya » SON DƏQİQƏ! İsraildən HƏMAS-la bağlı ŞOK PLAN
İsrail HƏMAS döyüşçülərinin gizləndiyi yeraltı tunelləri dəniz suyu ilə doldurmaq imkanını nəzərdən keçirir.
Gundemxeber.az bər verir ki, bu barədə “The Wall Street Journal” Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, anklavda ekoloji fəlakətə səbəb olacaq və şirin su ilə bağlı vəziyyəti daha da pisləşdirəcək.
Məlumata görə, noyabrın ortalarında İsrail Müdafiə Qüvvələri Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş nasos stansiyası quraşdırıb.
Belə ki, qurğular bir neçə həftə ərzində Aralıq dənizindən suyu çəkib tunelləri doldurmağa qadirdir.
İsrail hökuməti hələlik belə bir addımla bağlı yekun qərar verməyib.
Nəşr qeyd edir ki, bəzi keçmiş Amerika rəsmiləri bu addımın Bayden və onun administrasiyasını çətin vəziyyətə sala biləcəyinə inanır.
6-05-2016, 02:25
24-02-2017, 11:33
27-06-2017, 17:45
10-07-2014, 02:19
1-12-2023, 20:59
Sorğu
Yeni dizaynımız necədir?