Gundemxeber.az » Dünya » Rusiyada məktəbdə silahlı insident: Yeniyetmə qız sonda özünü öldürdü - YENİLƏNİB + VİDEO
Rusiyanın Bryansk şəhərində yerləşən məktəbdə baş verən silahlı insident bəzi detalları məlum olub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, məktəbə odlu silahla daxil olan 14 yaşlı Alinanın məqsədi 13 yaşlı Mariyanı öldürmək olub.
Məlumata görə, əvvəllər qızlar arasında münaqişə yaranıbmış. Hadisənin digər qurbanları isə sadəcə olaraq təsadüf nəticəsində xəsarət alıblar. Atış açan qızın əkiz bacısı da hadisə zamanı sinifdə olub.
Qeyd edək ki, Alina hadisəni törətdikdən sonra özünü də öldürüb. Atışma nəticəsində ümumilikdə iki nəfər ölüb, dörd nəfər yaralanıb.
11:24
Rusiyanın Bryansk şəhərində məktəbdə səkkizinci sinif şagirdi olan qız odlu silahdan atəş açıb.
Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb. Atəş açan qız sonda özünü də güllələyib.
Hadisə yerində polis əməkdaşları və təcili yardım xidmətləri işləyirlər.
Qeyd edək ki, hadisə 5 saylı gimnaziyada baş verib.
Gundemxeber.az
7-12-2023, 15:25
3-02-2014, 13:22
1-07-2017, 13:38
13-12-2013, 18:55
19-01-2018, 11:15
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?