Gundemxeber.az » Dünya » İspaniya kəşfiyyat əməkdaşlarına rüşvət verən ABŞ diplomatları ölkədən qovulub
ABŞ-nin İspaniyadakı səfirliyinin ən azı iki əməkdaşı pul müqabilində məxfi məlumatlara çıxış əldə etmək üçün krallığın kəşfiyyatçılarını işə cəlb edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, onlar İspaniya Milli Kəşfiyyat Mərkəzinin (CNI) iki əməkdaşına məlumat əldə etmək üçün rüşvət veriblər.
İstintaq zamanı müəyyən edilib ki, rüşvət alan birinci şübhəli şəxs CNI departamentlərindən birinin rəhbəri, ikincisi isə onun köməkçisidir. Ölkənin cinayət qanunlarına görə, hər ikisini 12 ilə qədər həbs gözləyir.
İstintaqın nəticəsi prokurorluğa və məhkəməyə göndərilib.
Ameriaklı diplomatlara gəlincə isə onlar ölkədən qovulublar.
Gundemxeber.az
26-04-2021, 12:15
19-02-2017, 20:53
4-12-2013, 17:33
29-04-2016, 17:29
7-09-2020, 13:08
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?