Gundemxeber.az » Dünya » ABŞ-nin Suriyada neft yatağı yaxınlığındakı bazası raket atəşinə tutulub
Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağının yaxınlığında yerləşən ABŞ-nin hərbi bazası raket hücumlarına məruz qalıb.
Gundemxeber.azxarici mediaya istinadla bildirir ki, bu barədə yerli radiostansiya hadisə şahidlərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ-nin hərbi obyektində bir neçə güclü partlayış səsi eşidilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Əl-Cəbsa neft yatağı yaxınlığında (Həsəkə vilayətinin cənubu) Əl-Şəddadidə yerləşən daha bir hərbi bazasına raket sistemlərindən atəş açılıb.
Verilən məlumata görə, hərbi hədəflərə edilən hücumlara görə məsuliyyəti “İraqın İslam Müqaviməti” hərəkatı öz üzərinə götürüb.
Gundemxeber.az
10-12-2019, 12:30
30-09-2019, 16:33
29-10-2019, 10:13
25-05-2018, 11:25
26-02-2021, 11:00
Sorğu
Yeni dizaynımız necədir?