Suriyada Bəşər Əsədə aid hərbi bazaya raket hücumu təşkil edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Homsda yerləşən Dabaa hərbi bazasına edilən hücumda havadan müdafiə sistemi işə düşüb. Ərazi İranın dəstək verdiyi silahlı qrupların sıx yerləşdiyi bölgələrdən və hücumun İranı hədəflədiyi istisna edilmir.
Gecə saatlarında isə hökümətə aid 2 hərbi nöqtənin raketlə vurulması barədə xəbər yayılmışdı.
Qeyd edək ki, İsrail və Rusiya qüvvələri tez-tez İranın Suriyada yerləşən mövqelərinə hücumlar təşkil edirlər.
Sorğu
Yeni dizaynımız necədir?