“Sülh müqaviləsi yoxdur. Sadəcə, Ermənistanın azərbaycanlaşması ilə bağlı razılaşma var. Yalnız erməni xalqının yaddaşından, milli ləyaqətindən dönmək haqqında razılaşma var”.
GundemXeber.Az xarici mediayaistinadən xəbər verir ki, bu cümlə Ermənistan parlamentinin keçmiş vitse-spikeri, revanşist Eduard Şarmazanovun teleqram kanalındakı statusunda əks olunub.
“Niyə, məsələn, Yunanıstan Kipri dəstəkləyir, amma Nikol Qarabağdan imtina etdi? Nikolizmin qırmızı xətləri olmadığından, sadəcə, kreslo uğrunda mübarizə gedir. Paşinyan sülh şüarları altında 5 ildə erməni xalqına 3 müharibə gətirdi. Nikol və sülh bir-birinə tamamilə zidd olan şeylərdir. Nikol və fəlakət sinonimdir”, - deyə Şarmazanov yazıb.
“Mən nə təklif edirəm? Nikolizmi dəstəkləməyin və ya heç bir səviyyədə ona səs verməyin. Nikolizmi aradan qaldırın, Azərbaycanla alçaldıcı müqavilə imzalamaqdan imtina edin, Rusiya və İranla hərbi ittifaq bağlayın. Alternativ budur”, - deyə Şarmazanov qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?