Gundemxeber.az » Dünya » ”Məhəbbət üç il yaşayır” romanının müəllifi sərbəst buraxıldı - YENİLƏNİB
Fransa polisi zorlama hadisəsilə bağlı saxlanılan yazıçı Frederik Beqbederi sərbəst buraxıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bir neçə saat davam edən dindirmə zamanı yazıçı ona qarşı irəli sürülən ittihamları rədd edib.
Həbsin ibtidai istintaq çərçivəsində həyata keçirildiyi və hazırda Beqbederə qarşı heç bir rəsmi ittihamın irəli sürülmədiyi vurğulanıb.
Qeyd edək ki, Beqbeder onu zorlamada ittiham edən adı açıqlanmayan qadının şikayəti əsasında saxlanılmışdı.
Mənbə: TASS
19:15
Fransada məşhur yazıçı Frederik Beqbeder saxlanılıb.
Məlumata görə, o, hazırda Po rayon polis komissarlığındadır.
Faktı respublika prokurorluğu da təsdiqləyib.
Bildirilir ki, bir müddətdir Poda yaşayan yazıçı rayon prokurorluğu tərəfindən açılmış və yerli polis tərəfindən araşdırılan iş üzrə dekabrın 12-də dindirilməyə çağırılıb və polis bölməsindən buraxılmayıb.
Yazıçının hələ yayda adı açıqlanmayan xanım tərəfindən polisə təqdim olunan zorlama şikayəti üzrə saxlanıldığı deyilir.
Xatırladaq ki, 2008-ci ildə Beqbeder Parisdə kokain istifadə edərkən saxlanılıb və üzərində çoxlu miqdarda narkotik tapılıb. Lakin 2022-ci ildə yazıçı narkotikdən imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, Frederik Beqbederin 58 yaşı var. O, yazıçı, ssenarist, ədəbiyyatşünas, teleaparıcı, Flora Ədəbi Mükafatının yaradıcısı və münsiflər heyətinin sədri, “Ağılsız bir gəncin xatirələri”, “Komada tətil”, ”Məhəbbət üç il yaşayır”, “99 Frank” və s. romanlarının müəllifidir.
Gundemxeber.az
2-08-2018, 11:44
1-04-2016, 01:30
22-03-2015, 11:55
28-10-2017, 15:02
19-09-2017, 16:28
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?