Ukrayna prezidenti Volodimir Zelenski ilə Kape Verdenin baş naziri Xose Ulis Korreya e Silva arasında dekabrın 10-da baş tutan görüş bu ölkənin prezidenti Xose Mariya Nevesi narazı salıb.
Gundemxeber.az RFI radiostansiyasına istinadən xəbər verir ki, nəticədə ölkədə daxili siyasi böhran yaranıb.
"Bu görüş məni çox təəccübləndirdi, mən bu məsələyə aydınlıq gətirəcəyəm və müvafiq tədbirlər görəcəyəm", deyə Neves bildirib.
Zelenski ölkənin yeni prezidenti Xavyer Mileyin andiçmə mərasimi üçün Argentinaya gedərkən Kabo Verdenin baş naziri Ukrayna prezidenti ilə Amilkar Kabral Beynəlxalq Hava Limanında görüşüb.
Neves Zelenski ilə Korreya arasında onun xəbəri olmadan baş tutan söhbəti "liderlik uğrunda mübarizənin" əlaməti adlandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?