ABŞ Senatı ölkənin 2024-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini dəstəkləyib. Layihənin dəyəri rekord həddə - 886,3 milyard dollardır.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, səsvermə ABŞ qanunverici orqanının rəsmi saytında yayımlanıb.
Layihənin lehinə 62, əleyhinə 10 senator səs verib.
3 000 səhifəlik sənəd Senat tərəfindən təsdiqləndikdən sonra Nümayəndələr Palatasına baxılmaq üçün göndəriləcək.
ABŞ qanunverici orqanının hər iki palatasının müvafiq komitələri tərəfindən razılaşdırılan müdafiə büdcəsi layihəsində Ukraynaya hərbi yardım üçün 300 milyon dollar nəzərdə tutulub. Qanunvericilər, həmçinin, zərurət yaranarsa, 2025-ci maliyyə ilində də eyni ehtiyaclar üçün 300 milyon dollar ayırmaq niyyətindədirlər.
Sənədə əsasən, müdafiə büdcəsi ötən maliyyə ilindən 3% çoxdur.
Hər iki palata tərəfindən təsdiqləndikdən sonra müdafiə büdcəsinin yekun layihəsi imza üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək. Razılaşdırılmış müdafiə büdcəsi layihələri, adətən, qısa müddətdə Konqres tərəfindən təsdiqlənir.
Sorğu
Yeni dizaynımız necədir?