GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » HRHF Azərbaycan hakimiyyətini jurnalistlərə və fəallara qarşı təqibləri dayandırmağa çağırır

HRHF Azərbaycan hakimiyyətini jurnalistlərə və fəallara qarşı təqibləri dayandırmağa çağırır

Tarix: 15-12-2023, 22:05 Bölmə :Dünya Baxış: 428


Human Rights House Foundation (HRHF) Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həbslərindən narahatlıq ifadə edərək, bunun müstəqil mediaya və tənqidi səslərə qarşı son repressiya dalğası olduğunu qeyd edib.

HRHF qeyd edir ki, son 25 gün ərzində Azərbaycanda ən az 11 jurnalist və hüquq müdafiəçisi şübhəli və əsassız görünən ittihamlarla həbs edilib.

“Son hadisələr Azərbaycanın media sektoruna və fərqli səslərə qarşı dərin narahatlıq doğuran hücumdur. Xüsusən də bu yaxınlarda elan edilmiş 7 fevral 2024-cü ildə baş tutacaq növbədənkənar prezident seçkiləri ərəfəsində. Biz Azərbaycan hakimiyyətini son dövrlərdə həbs edilmiş şəxslərə qarşı cinayət işlərinə xitam verməyə və onları dərhal azad etməyə çağırırıq”, bəyanatda deyilir.

Son bir neçə həftə ərzində korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Dekabrın 13-də “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı həbs edilib.

“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.

Son günlərdə həbs edilən jurnalistlər arasında “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və əməkdaşı Rüfət Muradlı, habelə “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov yer alır.

Jurnalistlərlə yanaşı dekabrın 4-də siyasi fəal, keçmiş polis məmuru İlhamiz Quliyev də saxlanılıb. Dekabrın 6-da onun barəsində narkotik ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, dekabrın 13-də fəal Möhyəddin Orucov, ötən gün isə Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.

Azərbaycanın beynəxalq öhdəliklərini və tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasını pozduğunu qeyd edən HRHF, bunu sübut edən çoxsaylı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarları olduğunu vurğulayıb.

HRHF Azərbaycan hakimiyyətini jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı ittihamlarI ləğv etməyə və onları dərhal azad etməyə, həbsdə qalanların tibbi yardıma çıxışını təmin etməyə, onların vəkilləri və yaxınları ilə əlaqə saxlamasına imkan yaratmağa, saxlanılanların pis rəftara məruz qalması ilə bağlı iddiaları araşdırmağa, jurnalistlərin sərbəst fəaliyyətini, fikir plüralizmini təmin etməyə, habelə vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa çağırıb/ amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • HRHF Azərbaycanda etirazçılara qarşı zorakılığa son qoyulmasına çağırır

    HRHF Azərbaycanda etirazçılara qarşı zorakılığa ...

    17-02-2020, 15:59

  • 
  • Aİ nümayəndəsi "Abzas Media"ya qarşı təzyiqlərdən narahatlığını ifadə edib

    Aİ nümayəndəsi "Abzas Media"ya qarşı ...

    27-11-2023, 13:24

  • 
  • HRHF azərbaycanlı hüquq müdafiəçisinin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı

    HRHF azərbaycanlı hüquq müdafiəçisinin zərər ...

    2-11-2019, 15:46

  • 
  • Məruzəçilər Azərbaycan hakimiyyətini dinc nümayişlərə icazə verməyə çağırır

    Məruzəçilər Azərbaycan hakimiyyətini dinc ...

    21-02-2020, 13:14

  • 
  • RATİ: Bütün siyasi və vicdan məhbuslarını dərhal azad etməyə çağırırıq

    RATİ: Bütün siyasi və vicdan məhbuslarını dərhal ...

    27-04-2020, 23:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu