Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Ermənistanın Rusiyadan uzaqlaşdırılmasının zərərli olacağı barədə xəbərdarlıq edib.
GundemXeber.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “Rusiya-Ermənistan” ilk ictimai forumunun açılışında danışıb.
“Keçmiş SSRİ ərazisində ABŞ-ın ən böyük səfirliyində 2500 qeyri-hökumət təşkilatı qrantlar, pullar verir və erməni gənclərinə, erməni cəmiyyətinə Ermənistanın Rusiyasız yaşaya biləcəyini aşılayır”, - deyə Tolstoy bildirib.
Rusiya deputatı Ermənistanı digər postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb.
“Qarabağda sonuncu müharibə gedəndə, Ermənistan parlamentinin deputatları sözün əsl mənasında, hər həftə mənim kabinetimdə yalvarırdılar: “Zəhmət olmasa zəng edin, deyin, bir şey edin, Rusiya prezidentinə müraciət edin, müharibəni dayandırın! Oğlanlarımız ölür, (onları - red.) cəbhədən tabutlarla gətirirlər". İndi bu gün həmin deputatlar artıq yoxa çıxıb. Xatırladım ki, məhz Rusiya prezidenti Vladimir Putin qanlı müharibəni dayandırdı”, - deyə o, söyləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?