Bu gün, dekabrın 15-də səhər saatlarında Ermənistanın Zəngəzur rayonunda Rusiya ordusuna məxsus “Kamaz” markalı yük maşını yanıb.
Gundemxeber.az bu barədə xarici mediaya istinadən bildirir. Məlumata görə, hadisə Qarakilsə - Məliklər yolunda baş verib. Yük maşınının təyinatı dəqiq bəlli deyil. Mənbə erməni mediasına “Kamaz”ın Rusiya hərbi qüvvələrinə məxsus olduğunu və silahla dolu olduğunu qeyd edib. Bir yaralı sərhədçinin xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisə ilə bağlı rəsmi məlumat almaq mümkün olmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?