Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin kimliyi məlum olub.
Musavat.com FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin əməliyyatı nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
****
Bakıda yük maşını minik avtomobili ilə toqquşub.
Hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili idarətetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?