Gundemxeber.az » Dünya » Boris Akuninin kitablarını nəşr edən nəşriyyatda axtarış aparılıb
Müstəntiqlər Moskvada məşhur yazıçı Boris Akuninin (adı terrorçular və ekstremistlər siyahısında olan yazıçının əsl adı Qriqori Çxartişvilidir) kitablarını nəşr edən “Zaxarov” nəşriyyatında axtarış aparmağa gəliblər
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə nəşriyyatın Facebook səhifəsində məlumat verilib.
“İstintaq Komitəsi “Zaxarov” nəşriyyatına axtarışa gəlib. Hələlik heç nə aydın deyil”, - mesajda deyilir.
RTVI-nın məlumatına görə, “Zaxarov”un nümayəndəsi axtarışın Akuninin kitabları ilə bağlı olduğunu təsdiqləyib.
Yazıçı Boris Akunin bu günlərdə Rusiyada terrorçu və ekstremist kimi tanınıb. Bundan əlavə, ona qarşı terrorçuluğa ictimai bəraət qazandırmaq və Rusiya Federasiyası ordusunun hərəkətləri barədə qəsdən yalan məlumat yaymaq maddəsi ilə cinayət işi açılıb və onu axtarışa vermək niyyətindədirlər. Rusiyanın ən böyük kitab mağazaları yazıçının əsərlərinin satışını dayandırıb. Bu, Akuninin prankerlər Vovan və Lexus ilə söhbətindən sonra baş verib. Onlar yazıçını təxribata çəkərək Rusiyanın Ukrayna siyasəti barədə nə düşündüyünü soruşublar. O da düşündüklərini deyib.
Vəziyyəti şərh edən Akunin öz bloqunda qeyd edib ki, Rusiyada “Böyük terror”dan (Stalin repressiyası nəzərdə tutulur) sonra kitablar qadağan olunmayıb.
Bundan əvvəl Dövlət Duması xarici agentlərə kreditlərin verilməsinə qadağa qoyulmasını təklif etmişdi.
Gundemxeber.az
30-03-2015, 22:22
25-12-2018, 16:26
1-04-2016, 01:30
25-02-2020, 11:23
30-06-2020, 12:55
Sorğu
Yeni dizaynımız necədir?