Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi, Bakı Kitab Mərkəzi, Beşmərtəbə rayonunda yerləşən Rus Kitab Evi professor Cəmil Həsənlinin Azərbaycanda və xaric ölkələrdə nəşr olunmuş kitablarını satmaqdan imtina edib.
Bu barədə Amerikanın Səsinə Cəmil Həsənlinin özü bildirib.
Professor bunu Milli Şuranın sədri olması, bir ziyalı kimi ictimai və siyasi mövqeyi ilə bağlı olduğunu düşünür.
“Bir neçə il öncə onlar mənə zəng edib Rus Kitab Evini bağlamaq istədiklərini və mənim orada olan və əsasən Moskvada nəşr olunmuş kitablarımı geri götürməyimi istədilər. Mən kitabları geri götürdüm və mağaza bu günə kimi işləyir," o bildirib.
Cəmil Həsənli Azərbaycandan fərqli olaraq, Moskvada nəşr olunmuş kitabları Rusiya Federasiyasında Vladivostokdan Kalininqarada qədər bütün kitab mağazalarında satıldığını bildirib.
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evinə gəldikdə professor Həsənli qeyd edib ki, onlar uzun illər kitablarını həvəslə satıblar.
Kitablarımın satışından imtina edilməsi ölkədə qurulan totalitar idarəçilik və avtoritar düşüncə ilə bağlıdır. Cəmil Həsənli
"Kitablarımın satışından imtina edilməsi ölkədə qurulan totalitar idarəçilik və avtoritar düşüncə ilə bağlıdır. Kitabları vaxtı ilə faşist Almaniyasında da satış yerlərindən çıxarırdılar. İnid Azərbaycanda nəinki kitablarımızı satış yerlərindən çıxarırlar, hətta hakimiyyətin nəzarətində olan nəşriyyatlarda çap olunan kitablarda bizim əsərlərimizə istinad etmək belə müəlliflərə “tövsiyə” edilmir və 37-də müsadirə edilmiş “xalq düşmənləri”nin əsərləri kimi bizim kitablara olan istinadlar redaktə prosesində əlyazmalardan çıxarılır. Belə rəzalət ölkəmizdə hansı siyasi və mənəvi ab-havanın hökm sürdüyünü aydın şəkildə ortaya qoyur,” o qeyd edib.
Rəsmi qurumlar Həsnlinin bəyanatına hələ münasibət bildirməyib.
Bir qayda olaraq rəsmi Bakı ölkədə ölkədə bütün fundamental azadlıqların tam bərpa edildyini, insanların söz və fikirlərinə görə təqib edimədiyini bildirir.
Bununla yanaşı, Azərbaycan söz azadlğına görə beynəlxalq reytinqlərdə dünya ölkələri arasında 163-cü yeri tutur. Ölkə söz azadlığı sahəsində qeyri-azad ölkələr sırasındadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?