İsrail əsirlərin azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HƏMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, mənbə iddia edir ki, təklif İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea tərəfindən irəli sürülüb.
O qeyd edib ki, məqsəd hazırda HƏMAS-ın girovluğunda olan 40-a yaxın əsirin azad edilməsinə nail olmaqdır.
Xatırladaq ki, HƏMAS və İsrail arasında sonuncu - üçüncü girov mübadiləsi noyabrın 28-də baş tutub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?