Gundemxeber.az » Dünya » Baş nazir Qaribaşvili Saakaşvilini ərazi itkisində ittiham edib
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, onun partiyası heç vaxt Rusiya ilə müharibəyə icazə verməzdi, beləliklə, Abxaziya və Cənubi Osetiya hələ də Tbilisinin nəzarəti altında olacaqdı.
GUNDEMXEBER,AZ xarici mediaya istinadla xəbər verir ki, siyasətçi son 11 ildə respublikanın başına gələ biləcək ən yaxşı şeyin onun partiyasının hakimiyyətdə olmasına əminliyini bildirib. Bununla yanaşı baş nazir deyib ki, lakin radikallar hər şeyi məhv etməyə çalışırlar.
“Yalnız ölkəmizin və xalqımızın maraqlarını əsas tutaraq, ən böyük sınaqdan – müharibədən qaçdıq. Biz müdrikliklə və qətiyyətlə ölkəmizi sülhə apardıq”, - Qaribaşvili parlament qarşısında çıxış edərkən deyib: “Avqust müharibəsi, əlbəttə ki, ölkəmiz üçün böyük faciə idi. Təəssüf ki, o dövrün məsuliyyətsiz hökuməti bundan yan keçə bilmədi. 2008-ci ildə hakimiyyətdə Bidzina İvanişvili və “Gürcü arzusu” olsaydı, müharibə olmazdı”.
Qaribaşvili bəzi radikal qüvvələrin yenidən Gürcüstanı Rusiya ilə müharibəyə sürükləməyə cəhd etdiyini vurğulayıb.
Görünür, o, hazıkı hökuməti Moskva ilə əlbir olmaqda ittiham edən Vahid Milli Hərəkata eyham vurur.
Baş nazir əmin edib ki, hüquq-mühafizə orqanları onlarla mübarizə aparmaq üçün lazımi tədbirlər görür.
Onu da qeyd edək ki, Abxaziya və Cənubi Osetiya öz “müstəqillik”lərini Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən illər öncə elan ediblər.
GUNDEMXEBER,AZ
23-12-2012, 12:18
24-06-2019, 13:14
16-06-2015, 09:13
26-01-2015, 20:30
7-03-2021, 15:05
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?