Gundemxeber.az » Dünya » Burkino-Fasoda 4 fransız casus saxlanılıb
Burkina-Faso hakimiyyəti tərəfindən diplomatik pasportlara malik 4 Fransa vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, agentlik mənbələrinin bildirdiyinə görə, Burkina-Faso səlahiyyətliləri Fransanın baş kəşfiyyat idarəsinin əməkdaşları olduğu müəyyən edilən dörd fransızın ölkədəki fəaliyyəti ilə bağlı araşdırma aparır. Onların dördü də kişidir və casusluqda şübhəli bilinirlər. Hazırda saxlanılan şəxslər istintaq təcridxanasındadır və onlara konsulluq yardımı göstərilir.
Fransa tərəfinin məlumatına görə, noyabrın sonunda Fransa diplomatik missiyasının dəvəti ilə Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərinə texniki işlər aparmaq üçün gələn dörd Fransa vətəndaşı dekabrın 1-də polis tərəfindən saxlanılıb. Adının açıqlanmasını istəməyən diplomatik mənbə bildirib ki, Fransa "bu texniki işçilərin kompüterə texniki xidmət işlərinə aid olmayan səbəblərə görə Burkina-Fasoya göndərildiyinə dair iddiaları rədd edir".
Gundemxeber.az
3-10-2018, 13:57
25-06-2017, 12:41
23-12-2013, 12:42
16-11-2015, 12:38
16-07-2017, 14:06
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?