Gundemxeber.az » Dünya » Çexiyanın Baş naziri: "Praqadakı atışma terror aktı deyil"
Praqada Karlov Universitetinin fəlsəfə fakültəsində baş verən atışmanın terrorla əlaqəsi yoxdur.
Gundemxeber.az-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
"Praqadakı universitetin fəlsəfə fakültəsində baş verən atışma terror aktı deyil və mütəşəkkil cinayətlə əlaqəsi yoxdur. Hazırda hadisə bir şəxsin işi kimi görünür", - Baş nazir bildirib.
Polis və təhlükəsizlik xidmətləri Baş naziri əmin ediblər ki, vəziyyətə tam nəzarəti həyata keçirirlər, vətəndaşları heç bir şey təhdid etmir.
Qeyd edək ki, dünən Praqada Karlo Universitetinin fəlsəfə fakültəsində baş verən atışma nəticəsində azı 15 nəfər ölüb, daha 24 nəfər yaralanıb.
Gundemxeber.az
14-11-2015, 12:50
29-06-2016, 10:27
12-12-2013, 00:32
22-09-2018, 21:41
20-12-2015, 13:02
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?