Qəzzada 570 mindən çox insan müharibə nəticəsində yaranan aclıqdan əziyyət çəkir.
Bu barədə BMT-nin yaydığı hesabatda deyilir.
Belə ki, İsrail ordusunun HƏMAS-ın 7 oktyabr hücumuna cavab əməliyyatına başladığı gündən bəri Qəzzada yarım milyondan çox insan – təxminən əhalinin ¼ hissəsi ərzaq çatışmazlığı səbəbindən aclıq çəkir.
Hesabatda Qəzzada 10 həftədən çox davam edən döyüşlərdən sonra humanitar böhrana diqqət çəkilib. Hesabatda göstərilir ki, əhalinin aclıq səviyyəsi hətta Əfqanıstan və Yəməndə son illər baş verən aclıqları da üstələyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?