Gundemxeber.az » Dünya » HƏMAS nümayəndəsi girovların azad edilməsi barədə: “Bir neçə təklif irəli sürülüb, lakin...”
“Fələstinin HƏMAS hərəkatı İsrail Qəzzada hərbi əməliyyatları dayandırmayana qədər girovların azad edilməsi üzrə danışıqlarda iştirak etməyəcək”.
Bu sözləri HƏMAS-ın xarici əlaqələr şöbəsinin rəhbəri Əli Barakaya deyib.
HƏMAS-ın Livandakı nümayəndəsinin sözlərinə görə, girovların azad edilməsi ilə bağlı bir neçə təklif irəli sürülüb, lakin ilk növbədə İsrail Qəzza zolağında əməliyyatları dayandırmalıdır.
“HƏMAS son bir-iki həftə ərzində hər hansı atəşkəs təklifini rədd edib və bu məsələdə bütün müqavimət qruplarının mövqeyi birdir: əməliyyat dayandırılmalı, nəzarət-buraxılış məntəqələri açılmalı və yaralılar çıxarılmalıdır”, - deyə o əlavə edib.
GUNDEMXEBER.AZ
27-06-2017, 17:45
27-10-2023, 21:39
6-05-2016, 02:25
27-10-2023, 22:56
24-02-2017, 11:33
Sorğu
Yeni dizaynımız necədir?