Gundemxeber.az » Dünya » ABŞ İraqda “Kətaib Hizbullah”ın hədəflərinə zərbələr endirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada koalisiya qüvvələrinə çoxsaylı hücuma cavab olaraq İraqdakı şiə qruplaşması “Kətaib Hizbullah”a zərbələr endirib.
Gundemxeber.az xarici mediaya istinadla məlumat verir ki, ABŞ qüvvələri dekabrın 25-də yaraqlıların hədəflərinə hava zərbələri endirib və onları məhv edib. Ehtimallara görə, qruplaşmanın bir neçə üzvünü sıradan çıxarmaq mümkün olub. Mülki şəxslərin xəsarət aldığına dair heç bir əlamət yoxdur.
Pentaqonun məlumatına görə, oktyabrın 17-dən bəri Suriya və İraqdakı ABŞ əsgərləri 66 dəfə hücuma məruz qalıb. Suriya ərazisində 900-ə yaxın, İraqda isə 2,5 min ABŞ-li əsgər var. Livanın şiə “Hizbullah” partiyasının baş katibinin müavini Naim Qasim Suriya və İraqdakı Amerika hərbi bazalarına hücumların İsrailin Qəzza sektorundakı əməliyyatını dayandırmaq üçün çox əhəmiyyətli olduğunu bildirib
Gundemxeber,az
28-06-2021, 10:49
2-07-2019, 11:04
26-02-2021, 11:00
1-10-2014, 11:53
6-05-2016, 02:25
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?