Ermənistanın Baş naziri Nikol Paşinyan doğurdan da özünü ən ağıllı hesab edir. O, ötən gün də növbəti saxtakarlığını etdi.
Gundemxeber.az bildirir ki, bunu rusiyayönlü erməni bloger Mika Badalyan Paşinyanın Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"O, Aİİ-nin heç bir siyasi, hətta geosiyasi maraqları olmayan sırf iqtisadi birlik olduğunu qeyd edən nizamnaməsini üzündən oxudu. Bununla o, birincisi, siyasi baxımdan Rusiya ilə eyni yolda olmadığını açıq-aydın göstərdi, ikincisi, bununla da Putinlə görüşə getdiyi üçün antirusiya elektoratı qarşısında özünə haqq qazandırdı", - Badalyan bildirib.
Qeyd edək ki, Paşinyan ötən gün Aİİ sammitindəki çıxışında "Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır" deyə bildirmişdi./axar.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?