Gundemxeber.az » Dünya » Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşından iddia: “ABŞ Ukraynaya nüvə bombası vermək niyyətindədir”
“ABŞ Ukraynaya nüvə silahının verilməsinə haqq qazandırmaq üçün təxribat törədə bilər”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey MakQovern “Dialogue Works” “YouTube” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, amerikalıların gözündə Ukraynaya kiçik nüvə bombasının verilməsinə haqq qazandırmaq üçün müxtəlif bəhanələrdən istifadə olunacaq.
MakQovern əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin bir müddət əvvəl ABŞ-yə səfəri də məhz nüvə silahı ilə bağlı olub. Ekspert hesab edir ki, Vaşinqtonun “müharibə partiyası” planın həyata keçirilməsini həvalə etmək üçün Ukrayna liderini şəxsi görüşə çağırmış ola bilər.
GUNDEMXEBER.AZ
11-01-2016, 13:56
11-06-2018, 09:59
24-03-2018, 13:58
27-12-2022, 15:52
6-01-2020, 20:52
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?