Gundemxeber.az » Dünya » Zaxarova: “Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görür”
“Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görür”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.
“Biz Bakı və İrəvan arasında üçtərəfli razılaşmalar əsasında münasibətlərin normallaşdırılması üçün yaxşı perspektivlər görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulması üçün ilkin şərt var. Ümumilikdə biz Cənubi Qafqazda münaqişələrin azaldılmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıyıq. Bu da digər məsələlərlə yanaşı, “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) konsultativ regional platforması çərçivəsində qarşılıqlı əlaqənin genişlənməsinə töhfə verə bilər”, - deyə Zaxarova qeyd edib.
Gundemxeber.az
27-12-2023, 16:24
28-06-2016, 00:57
5-01-2021, 17:43
15-06-2023, 00:35
16-12-2020, 19:31
Sorğu
Yeni dizaynımız necədir?