Gundemxeber.az » Müsahibə » "İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görürük" - Rusiya XİN
“Xarici qüvvələr Ermənistanı çox təhlükəli geosiyasi oyunlara çəkir”.
Gundemxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib
Onun sözlərinə görə, Rusiya xarici qüvvələrin İrəvanı daha çox təhlükəli geosiyasi oyunlara çəkmək cəhdlərini müşahidə edir. “Qərb Ermənistanın və ermənilərin taleyinə tamamilə biganə yanaşır. Rusiya isə müttəfiqlik xarakterli münasibətləri nəzərə alaraq sülhə, sabitliyə və Ermənistanın çiçəklənməsinə yardım etməyə hazırdır. Bizim üçün bu, həqiqətən də çox əhəmiyyətə malikdir”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərindən də danışıb. “Biz İrəvanla Bakı arasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında münasibətlərin normallaşması üçün yaxşı perspektivləri görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün ilkin şərtlər mövcuddur. Ümumilikdə, biz Cənubi Qafqazda münaqişəliliyin azalmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıyıq. Hesab edirik ki, buna “3+3” məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişlənməsi yardım edə bilər”, deyə Rusiya XİN rəsmi nümayəndəsi yekunlaşdırıb.
Gundemxeber.az
26-02-2016, 12:18
24-12-2015, 18:01
23-08-2018, 21:02
2-04-2016, 13:46
27-07-2018, 11:00
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?