Gundemxeber.az » Dünya » ABŞ-də zavodda robot mühəndisə hücum edib
ABŞ-nin Texas ştatında yerləşən “Tesla” fabrikində robot mühəndisə hücum edib.
Bu barədə “Daily Mail” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilib ki, şirkətin “Giga Texas” müəssisəsində avtomobil hissələrini daşımaq üçün nəzərdə tutulmuş maşın sıradan çıxıb və işçiyə hücum edib: Robot mühəndisi sıxışdırıb və metal caynaqları ilə onun kürəyini, qollarını yaralayıb.
Hadisə nəticəsində işçi ciddi xəsarət alıb, ətrafdakı hər yerin qana boyandığı vurğulanıb.
“İki şahid isə həmkarlarının avtomobil hissələrini tutmaq və daşımaq üçün nəzərdə tutulmuş maşın tərəfindən hücuma məruz qalmasını dəhşət içində seyr edib”, - deyə nəşr yazıb.
Qeyd olunub ki, hadisə 2021-ci il zədə hesabatında açıqlanıb. Bundan əlavə, bildirilib ki, 2022-ci ildə müəssisədə hər 21-ci işçi iş yerində yaralanıb.
14-10-2013, 09:23
13-06-2019, 13:51
12-11-2015, 12:59
16-04-2017, 20:17
6-10-2018, 18:31
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?