Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace exploration Agency - JAXA) Ay və Marsda gələcək bazaların tikintisinə və onlara texniki xidmətlərin göstərilməsinə kömək edəcək robotlar hazırlayacaq.
gundemxeber.az Xezerxeber.com-a istinadən xəbər verir ki, belə avtonom robotların hazırlanması kosmik məkanın kəşfi üçün böyük əhəmiyyət kəsb edir. Çünki Yerdən uzaq məsafədə işlərin aparılması zamanı komanda mərkəzindən müvafiq siqnalların alınması üçün çox vaxt tələb olunur. Bu robotlar isə əvvəlcədən verilən ümumi proqram əsasında müstəqil işləyə biləcəklər.
Alimlərin robotlara həvalə etmək istədikləri daha bir mühüm vəzifə Ay və ya Mars səthində olan elementlərdən - dəmir, alüminium və minerallardan tikinti materiallarının istehsalı, eləcə də mövcud mühitdən içməli suyun seçilməsidir.
Proqramın həyata keçirilməsi üçün “JAXA” Saqamihara şəhərində (Kanaqava prefekturası) sınaq meydançasının inşasını nəzərdə tutur. Meydança 400 kvadratmetr ərazidə yerləşən qumlu sahə olmaqla Ay və ya Mars səthini imitasiya edəcək. Agentlik robotların ərsəyə gətirilməsi prosesində bir sıra Yaponiya şirkətləri, o cümlədən hazırda sürücüsüz avtomobillərin hazırlanması ilə məşğul olan avtomobil istehsalçıları ilə əməkdaşlıq edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?