Gundemxeber.az » Dünya » Ermənipərəst prezident Argentina parlamentini referendumla hədələyir
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Argentina parlamenti onun islahatlarını qəbul etməsə, prezident Xavyer Mley referendum elan edəcək.
“Əgər məndən imtina etsələr, referendum keçirəcəyəm”, - deyə prezident bildirib.
O, referendumda Argentina vətəndaşlarına onun radikal iqtisadi islahatlarını parlamentin iştirakı olmadan müstəqil şəkildə təsdiq etməyə icazə verməyi planlaşdırdığını vurğulayıb. Həmin parlamentdə Mileyin partiyası isə azlıq təşkil edir.
Məlumat üçün qeyd edər ki, Argentinanın yeni Prezidenti Xavyer Mileyin bu ölkədəki erməni diasporu ilə sıx əlaqələrə malikdir. Belə ki, yeni prezident 2008-2021-ci illərdə argentinaəsilli erməni iş adamı Eduardo Ernekyanın “Korporasiya Amerika” təşkilatının əməkdaşı və onun baş məsləhətçisi olub.
Gundemxeber.az
21-11-2023, 21:25
29-06-2021, 12:29
27-03-2017, 21:28
4-06-2016, 10:06
30-07-2014, 17:50
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?