Gundemxeber.az » Dünya » “The Times”: “KİV-də elmi məqalə adı altında Qazaxıstan haqqında tərif dolu materiallar yayırlar”
Naməlum şəxslər süni intellektdən (AI) istifadə edərək, meşhur britaniyalı alimlərin əsərləri adı altında Qazaxıstan haqqında tərifli yazılar yazır və mediada yayırlar.
Gundemxeber.az bildirir ki, bu barədə “The Times” qəzeti yazır.
Tədqiqatçılar Oliver Turner və Adam Bauer onların adlarından dərc olunan qəribə materiallara rast gəliblər.
“AI təhlükəlidir və bunun daha bir təsdiqi budur: naməlum müəlliflər özlərini iki beynəlxalq münasibətlər üzrə alim kimi təqdim edərək Qazaxıstan haqqında KİV-də müsbət, lakin yalançı məqalələr dərc etməyə cəhd ediblər”, - deyə məqalədə qeyd olub.
Jurnalistlərin sözlərinə görə, “Euronews” telekanalı iki britaniyalı alimin müəllifi olduğu iddia edilən məqalənin surətini əldə edib, lakin redaktor mətndəki ifadəni qəribə hesab edərək, onu dərc etməyib. Lakin məqaləni başqa bir mətbuat orqanı dərc edib və sonradan həmin materialı silib.
Alimlər Tyorner və Bauerə onların adından yazılan mətnlər barədə məlumat verilib. Onlar təsdiqləyiblər ki, Qazaxıstanla bağlı materialın müəllifi onlar deyil.
“The Times” yazır ki, müxtəlif saytlarda Qazaxıstan haqqında ingilisdilli müəlliflərin süni intellekt tərəfindən yazılmış məqalələrinə rast gəlmək olar.
Gundemxeber.az
1-03-2021, 17:25
5-01-2017, 22:40
10-09-2018, 09:04
13-10-2016, 23:06
1-06-2018, 13:21
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?