GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Göygöldə Uşaq Musiqi Məktəbi “ailə podratı”na çevrilmiş təhsil müəssisəsidir

Göygöldə Uşaq Musiqi Məktəbi “ailə podratı”na çevrilmiş təhsil müəssisəsidir

Tarix: 1-06-2018, 13:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 841
Göygöldə Uşaq Musiqi Məktəbi “ailə podratı”na çevrilmiş təhsil müəssisəsidir


“Əgər Aygül Əliyeva musiqi məktəbində direktor müavini işləyirsə, belə bir halın varlığı elə korrupsiyaya yol açan səbəblərdən biri hesab olunur”

Bir müddət bundan öncə Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində yaşanan çoxsaylı qanunsuzluqlarla bağlı sensaiya doğura biləcək açıqlama dərc etmişdik. Açıqlama işıq üzü gördükdən sonra, adı çəkilən musiqi məktəbinə rəhbərlik edən İradə xanım Bağırovaya yaxınlığı ilə seçilən media qurumlarında "Musiqi məktəbinin direktor müavini ittihamlara cavab verdi" başlıqlı məqalə işıq üzü gördü. Məqalədə dərc olunan faktlardan və müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlardan bəlli olur ki, bu gün də adı çəkilən musiqi məktəbində korrupsiya, rüşvətxorluq halları tüğyan etməkdədir. Buna baxmayaraq yaşananlarla bağlı hələ də aidiyyatı qurumlar susmaqda davam edirlər. Düşündürücü hal odur ki, dərc olunan məqalənin müəllifi musiqi məktəbinin direktoru İradə xanım Bağırovanın qızı Aygül Əliyevadır və o, məqalədə özünü direktorun müavini kimi təqdim edir. Bu cür mövqenin ortaya qoyulması açıq-aşkar şəkildə sübut edir ki, Xaqani kənd uşaq musiqi məktəbi “ailə podratı”na çevrilmiş bir təhsil müəssisəsidir.
Məqaləni diqqətlə oxuduqda o da hər kəsə gün təki aydın olur ki, bu uşaq musiqi məktəbində baş verənlər, eyni zamanda məmur özbaşınalığından başqa bir şey deyil. Yəqin ki, çoxsaylı oxucularımızın o da xatirindədir ki, hələ bir müddət bundan əvvəl Göygöl Uşaq Musiqi Məktəbində tüğyan edən korrupsiyanın hansı həddə olması, məktəb direktorunun özbaşınalığının “pik nöqtə”yə çatması yöndə əldə etdiyimiz məlumatlardan, soxsaylı sakinlərin redaksiyamıza ünvanladıqları şikayət məktublarından və s. bəlli olur ki, direktor İradə xanımın məktəb müəlliməsindən dərs saatına görə rüşvət almasını etiraf etməyə məcbur olması haqda məqalə dərc etmişdik. Hətta, atılan addımların doğruluğunu təsdiq edən səsyazısı yayımlandıqdan sonra “Gündəm Xəbər” qəzetində baş verənlərlə bağlı bir neçə məqalə də dərc olundu. Bu yöndə açıqlamaların dərcindən sonra, məqalələrin müəllifi Mehriban Əzizqızına qarşı təhdidlərin, təqiblərin və təhqirlərin sayı durmadan artdı. Hələ bu azmış kimi üstəlik bəzi mətbu orqanlarda bölgə müxbirimizlə və onun həyat yoldaşı ilə bağlı əsası olmayan, şər-böhtan xarakterli məqalələr də dərc olundu. Əslində bu cür addımlar etikadan kənar, bir növ insanlığa sığmayan addımlar oldu. Dərc olunan məqalələrin müəlliflərinə Mehriban Əzizqızının cavabı isə belə oldu: “Bu gün informasiya məkanında kimlərsə sanballı, savadlı görünmək məqsədilə sensasion xəbərlər yaymaq istəyir. Bəzi hallarda isə kimlərsə hansısa media qurumunun ətəyindən yapışaraq özünü maraq dairəsinə “soxmağa çalışır”. Təəssüflər olsun ki, həmin media qurumları yalnız özündən və qarşısındakı kompyuterdən ibarət olur. Kiber-məkanda belələri "troll" fason adlanırlar. Bəzən informasiya məkanında onlar virtual qalmaqallar yaradaraq kimlərəsə sataşmaq və yaxud hansısa niyyətlərini həyata keçirmək məqsədilə təxribat və dezinformasiya xarakterli məlumatları yayırlar. Beləliklə də onlar əsl kimliyini ortaya qoyaraq internet istifadəçisinə çevirilirlər. Hazırda kiber-məkanda belə oyunçuların sayı çoxalmaqdadır. Onlar özlərini peşəkarların əl-ayağına dolaşdıraraq həqiqətə uyğun olmayan yazılar yazırlar, əsl peşəkarları ləkələmək, onların əldə etdikləri doğru məlumatlar üzərində öz "peşəkar"lıqlarını işə salaraq “alver” etməkdən belə çəkinmirlər”.
Onu da unutmaq olmaz ki, “Gündəm Xəbər” qəzetinin Qərb bölgəsi üzrə müxbiri Mehriban Əzizqızı xeyli müddətdir ki, bölgədə “reket jurnalistika”ya qarşı ardıcıl mübarizə aparmaqdadır. Yəni, bu gün də o, bu yöndə mübarizəsini davam etdirməkdədir. Ümumi şəkildə götürsək belə bir qənaətə gəlmək mümkündür ki, bölgə müxbirimizin xalqına, dövlətinə olan inamı, məhz bu cür məqalələrin ərsəyə gəlməsinə əsas səbəbdir. Təbii ki, bütün zamanlarda hər kəs hansısa maneələrlə üz-üzə qalıb. Bu gün dünyada korrupsiya hallarına, hər cür ədalətsizliyə o qədər rast gəlinir ki, regionlardakı korrupsiya və rüşvətxorluq hallarının varlığına o qədər də təəcüb qalmaq lazım deyil.
Bir faktı da vurğulayaq ki, “reket jurnalist”lər 2013-cü ildən bu günə qədər bölğə müxbirimizlə bağlı yaydığı məlumatlara ara-sıra biz də rast gəlmişik. Bu gün Gəncəbasarı ağuşuna alan “reket jurnalistlər” və şər-böhtan mafiyasının quyruqbulayanları bilməlidirlər ki, indi Azərbaycan mediası reallığı sevir, onların kimlərinsə adından hansısa naməlum ünvanlardan yazdıqları anonim məktublara, anonim yazılara söykənmək variantları, artıq keçmir. Məlumat üçün onu da qeyd edək ki, Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində direktor müavini ştatı olmayıb. KİV haqqında Qanundan xəbərsiz olanlar, bu gün sanki özlərini məlumatlı şəxs qismində göstərməyə çalışırlar. Həmin şəxslərdən bəziləri musiqi təhsili sahəsində çalışsalar da, əslində bu sahədən xəbərsiz olduqlarını atdıqları addımları ilə də sübuta yetirirlər. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi Aygül Əliyeva işıq üzü görən məqalədə özünü direktor müavini kimi təqdim edir. Əslində adı çəkilən bu xanım üstüörtülü olsa belə, musiqi məktəbində anasına “arxa-dayaq” olmağa çalışır. Amma hər kəs bilir, Aygül Əliyeva İradə Bağırovanın qızıdır. Əgər Aygül Əliyeva musiqi məktəbində direktor müavini işləyirsə, belə bir halın varlığı elə korrupsiyaya yol açan səbəblərdən biri hesab olunur.
Ümumiyyətlə, ailə üzvlərinin, yaxın qohumların birgə idarə, müəssisə, təşkilat və digər qurumlarda yüksək vəzifə daşımaları Qanunla qadağan edilsə də, təəssüflər olsun ki, İradə xanım Bağırovanın rəhbərlik etdiyi musiqi məktəbində qanunun belə bir tələbinə məhəl qoyulmur. Hələ bunlar harasıdır, "Musiqi məktəbinin direktor müavini ittihamlara cavab verdi" başlıqlı məqalənin müəllifinin Aysel Əliyeva olması, bir daha qarşı tərəfin naşılığını sübut edən hallardır. Yazının müəllifi “jurnalistika dənizi”nə baş vurmazdan öncə, hətta elementar mühakimələrdən mərhum olduğunu da sübut edir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəzalı musiqi məktəbində fortepiano

    Qəzalı musiqi məktəbində fortepiano ...

    2-03-2017, 21:39

  • 
  • Göygöl rayon musiqi məktəbi korrupsiya “bataqlığında boğulur” - AUDİO SƏS

    Göygöl rayon musiqi məktəbi korrupsiya ...

    2-02-2018, 14:07

  • 
  • Samuxun Sərkar kənd musiqi məktəbində nələr yaşanır?

    Samuxun Sərkar kənd musiqi məktəbində nələr ...

    26-07-2017, 14:46

  • 
  • Uşaq musiqi məktəbindəki haqsızlıqlar kimlərin iç üzünü açır?

    Uşaq musiqi məktəbindəki haqsızlıqlar kimlərin iç ...

    25-05-2018, 20:33

  • 
  • İŞİD musiqi dinləyəni edam etdi

    İŞİD musiqi dinləyəni edam etdi ...

    19-02-2016, 00:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu