Gundemxeber.az » Dünya » Moldova səfiri Rusiya XİN-ə çağırıldı
Moldovanın Rusiyadakı səfiri Lilian Dariu Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı ona sərt etiraz edilib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Həmçinin, səfir Moldova rəhbərliyinin hərəkətlərinə cavab olaraq respublikanın bəzi məmurlarının Rusiya ərazisinə girişinin əngəlləməsi qərarı barədə məlumatlandırılıb.
Nazirlik qeyd edib ki, Moldovaya daxil olan Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik halları sistemli xarakter alıb, sərhədi keçməkdən əsassız imtina halları çoxalıb. Habelə Moldova Respublikasının rəhbərliyi anti-Rusiya xarakterli aqressiv bəyanatlar verməkdə davam edir.
25-04-2023, 14:20
18-02-2016, 17:23
15-02-2023, 13:32
23-05-2014, 10:36
14-07-2020, 18:30
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?