Gundemxeber.az » Dünya » Paşinyan hansı səbəbdən MTX rəhbərini vəzifədən çıxardı, sonra isə qaytardı? - YENİLƏNİB
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Armen Abazyan yenidən direktor vəzifəsinə təyin edilib.
Bildirilir ki, baş nazir Nikol Paşinyanın təklifi ilə işdən azad edilən Abazyan elə hökumət başçısının qərarı ilə də vəzifəsinə qaytarılıb.
Bu, qanunun yeni tələbi ilə əlaqədardır.
Belə ki, Ermənistanda ötən il dekabrın sonunda təsdiqlənən “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” Qanuna və müvafiq qanunlara dəyişikliklərə əsasən, ölkədə MTX rəhbərini və onun müavinini artıq prezident deyil, baş nazir vəzifəyə təyin və vəzifədən azad edə bilər.
Maraqlı burasıdır ki, yeni qanuna görə, bundan sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini mülki şəxs tuta bilər. Əvvəllər bu vəzifəyə namizəddən strukturda ən azı 10 il iş təcrübəsi tələb olunurdu.
14:36
Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistanın prezident aparatının mətbuat xidməti bəyanat yayıb.
Bildirilir ki, o, baş nazir Nikol Paşinyanın təklifi ilə istefaya göndərilib.
“Baş nazirin təklifi əsasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilsin”, - deyə prezidenti Vaaqn Xaçaturyanın sərəncamında deyilir.
Gundemxeber.az
9-11-2020, 10:56
17-07-2020, 12:30
12-11-2020, 11:34
3-12-2018, 15:56
15-04-2019, 15:44
Sorğu
Yeni dizaynımız necədir?