Peru prokurorluğu ölkənin keçmiş prezidenti Pedro Kastilyoya 34 il həbs cəzası istəyib. Bu barədə qurumun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
“Prokurorluq Pedro Kastillo Terronesi qiyam, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi ciddi şəkildə pozmaqda təqsirli bilərək onun 34 il həbs cəzasına məhkum olunmasını istəyir”, - məlumatda deyilir. Xatırladaq ki, sabiq prezident 2022-ci il dekabrın 7-də dövlət çevrilişi etməkdə ittiham olunur.
Sorğu
Yeni dizaynımız necədir?