Rusiya qoşunları ehtimal ki, Krınki kəndi yaxınlığında Dnepr çayının sol sahilində Ukraynanın nəzarətindəki körpüyə kütləvi hücuma hazırlaşır.
Bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib. O qeyd edib ki, bu yaxınlarda ora əlavə texnikalar yerləşdirilib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə fəaliyyət göstərən Rusiya qüvvələrinin “Dnepr” qrupunun tərkibində 400 tank, 1 zirehli döyüş maşını (AFV), 530-a yaxın top və 100 ədəd raket artilleriyası olan 72,5 min nəfərə yaxın şəxsi heyət var. "Bu birləşmə yaxın gələcəkdə müvafiq komponentdən istifadə etməklə daha intensiv hücum əməliyyatlarının hazırlanmasına işarə edir", - ekspert qeyd edib./axar.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?