Gundemxeber.az » Dünya » Türkiyəli qadından dəhşətli açıqlama: “İki övladım hərbi bazada xidmət edən ABŞ əsgərlərinə satıldı”
Türkiyədə məşhur aparıcı Esra Erolun verilişinə qatılan Şükran Berberoğlu adlı qadın iki uşağının İncirlikdə (Adana vilayətinin İncirlik şəhərciyində yerləşən və Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus bazalardan biridir, Adana şəhər mərkəzindən 8 km şərqdə yerləşən baza əsasən ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir - red.) xidmət edən ABŞ əsgərlərinə satıldığını bildirib.
Proqrama Adanadan qatılan qadının etirafı ABŞ-də qalmaqal yaradan Cefri Epşteyn məsələsinə diqqəti yönəldib.
Belə ki, pedofiliya, uşaqları cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq, yeniyetmələr də daxil olmaqla insan alverində ittiham olunan ABŞ-li iş adamı, maliyyəçi Epşteynin həbsxanada intihar etməsindən sonra dəhşətli faktlar ortaya çıxıb. Gündəmi sarsıdan dəhşətli sənədlərdə Epşteynə məxsus xüsusi adada uşaqlar üzərində eksperimentlər aparıldığı və cinsi istismara məruz qoyulduqları məlum olub. Həmçinin bu məsələdə şahzadələrdən tutmuş sənətçilərə və siyasətçilərə qədər dünya üzrə bir çox məşhurların adları hallanıb. Bunun üçün isə müxtəlif ölkələrdən uşaqların qaçırıldığı ortaya çıxıb ki, bu ölkələr arasında Türkiyənin də adı çəkilir.
Şükran Berberoğlu bildirib ki, iki övladı kiçik yaşlarında ataları tərəfindən ABŞ əsgərlərinə satılıb. Qadının sözlərinə görə, satılan Xədicə və Seçil adlı qızlarından biri 4 yaşında, digəri 7 aylıq olub.
“Bir qonşum var idi, vəkil işləyirdi. Xədicə üçün yanıma gəldi, dedim ki, verə bilmərəm. Sonra atalarının yanına gedib, o da oyun taxtası qarşılığında uşağımı verib. Seçildən nə qədər pul aldığını bilmirəm. Pulu özü götürüb. Bir qəpik belə görməmişəm. Mən onsuz da uşaqları vermək istəmirdim”, - deyə qadın qeyd edib.
Gundemxeber.az
10-08-2017, 17:14
30-09-2019, 16:33
24-12-2019, 15:31
17-12-2015, 00:55
18-07-2013, 01:02
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?