ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə şirkətləri ilə İncirlik aviabazasında tikinti işlərinin aparılması üçün müqavilə imzalayıb.
TASS-ın Pentaqona istinadən yaydığı məlumatda bildirilir ki, müqavilə Türkiyənin 8 şirkəti ilə imzalanıb və ümumi dəyəri 95 milyon dollardır. Nəzərdə tutulan layihələr 2024-cü il dekabrın 31-də başa çatdırılacaq.
“Report” xatırladır ki, ABŞ Senatı “erməni soyqırımı”nın tanınması ilə bağlı saxta qətnaməni qəbul etdikdən sonra Ankara rəsmiləri ABŞ-ın Türkiyənin Adana şəhərində yerləşən İncirlik hərbi bazasını çıxara biləcəklərini bəyan ediblər.
Sorğu
Yeni dizaynımız necədir?