Gundemxeber.az » Dünya » Lavrov: “2020-ci ildə Tramp seçilsəydi də, vəziyyət fərqli olmazdı”
Donald Tramp 2020-ci ildə yenidən ABŞ prezidenti seçilsəydi, Ukrayna ətrafında vəziyyət fərqli olmazdı.
Bunu yanvarın 23-də CBS telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Heç bir fərq olduğuna inanmıram, çünki bu münasibətlərin əsasını təşkil edən Rusiya-Amerika münasibətlərini, o cümlədən strateji sabitlik, paritet, qarşılıqlı etimad, yoxlamalar, şəffaflıq və sairlə bağlı bütün sazişləri pozmaq istəyi prezident Corc Buş başlayəb. Lavrovun sözlərinə görə, oğul Corc Buş Rusiya prezidenti Vladimir Putinə ölkəsinin balistik raketlərə qarşı müqavilədən çıxdığını deyəndə hər şeyi məhv edib.
Lavrovun sözlərinə görə, ABŞ-ın indiki nəsil siyasətçiləri SSRİ-nin dağılmasından sonra ABŞ-ın təbliğ etməyə başladığı siyasətdən ibrət dərsi almayıb.
“Üstünlük, cəzasızlıq kompleksi çox dərinləşir. Putinin ilk iki müddət ərzində göstərdiyi böyük xeyirxahlığa məhəl qoymayanlar dedilər ki, bu uşaqlar çox şirindir, biz onları cibimizdə saxlayacağıq. Səhv hesablayanlar hər şeyi yenidən düşünməlidirlər”, - Lavrov bildirib.
Gundemxeber.az
12-02-2017, 13:44
6-12-2018, 11:40
7-07-2017, 22:56
17-10-2020, 15:20
24-11-2015, 19:18
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?