Səudiyyə Ərəbistanı ilk içki mağazasını açmağı planlaşdırır.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, mağaza yalnız qeyri-müsəlman diplomatlara xidmət göstərəcək.
Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi platformada qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağan idi. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilərdi. Görünür, indi qanunda müəyyən istisnalar nəzərə alınacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?