Gundemxeber.az » Dünya » Moskvada ana oğlunu killerə sifariş edib - Polis hoqqa çıxarıb
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Moskvada sifarişli qətl təşkil etməyə cəhddə şübhəli bilinən iki qadının saxlanıldığını bildirib.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, İ.Volk bu barədə mediaya danışaraq deyib: “İlkin məlumatlara görə, hücum edənlərdən biri şəxsi tamah səbəbi ilə oğlunun öldürtməyə çalışıb. Qadın milyon rubl ödəyəcəyini vəd edərək rəfiqəsindən killer tapmağı xahiş edib”.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu plandan xəbərdar olub və onlar, necə deyərlər, hoqqa çıxararaq, sifariş olunan qətli səhnələşdiriblər. Daha sonra polis oğlunun qətlini sifariş verən müştəriyə güllə yarasını imitasiya edən makiyajlı bir adamın fotosunu təqdim edib.
“Cinayətin icrasını təsdiq edən fotoşəkilləri alan vasitəçi razılaşdırılmış məbləğin yarısını "cinayəti törədən şəxs"ə köçürüb. Hər iki qadın saxlanılıb”, - deyə məlumatda bildirilir.
9-02-2018, 15:25
7-11-2017, 14:55
9-09-2017, 21:00
12-01-2016, 20:39
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?