Gundemxeber.az » Dünya » İrandan Türkiyəyə ağlasığmaz iddia: “Sübutu mümkün deyil”
Türkiyənin İranın “yağış buludlarını oğurlaması” ilə bağlı iddialar sübuta yetirilməyən nəzəriyyədir, bu və ya digər ölkədəki quraqlığın səbəbi qlobal istiləşmədir.
Bunu İstanbul Aydın Universitetinin (Türkiyə) professoru, meteoroloq Güvən Özdəmir deyib.
“Forbes” yazır ki, İran ölkənin şimalında yağış buludlarının yoxa çıxması ilə bağlı vəziyyəti araşdırmaq üçün komissiya yaradıb, iddiası da Türkiyənin buludları “oğurlaması” ilə bağlıdır. Buna “sübut” kimi Türkiyənin şərqinin dağlarının qarla örtüldüyü, daim yağış yağdığı, ancaq qonşu İrana bir damcı belə düşmədiyinə dair fotoları təqdim edib.
Nəşr bildirir ki, belə ittihamlar ilk dəfə deyil. Məsələn, 2018-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iddia etmişdi ki, İsrail və BƏƏ İranın iqliminə təsir göstərməyə çalışır.
“Yağış buludlarını oğurlamaq” və ya belə bir şey haqda düşünməyə çalışmaq ideyası əsassız və sübutsuz bir nəzəriyyədir”, - Özdəmir bildirib.
Professor xatırladıb ki, 2023-cü ildə Türkiyədə bir neçə ay isti və quraqlıq olub, İstanbulda da yağış yağmayıb, su anbarlarında ehtiyatlar azalaraq kritik həddə çatıb:
“Həmçinin bizdən qərbdə - Yunanıstan, Bolqarıstan, Rumıniya və digər qonşu ölkələrdə güclü yağışlar yağsa da, bizə çatmadı. Türkiyənin mövqeyini nəzərə alsaq, uzunmüddətli və qısamüddətli layihələrdə ekstremal meteoroloji göstəricilər mümkündür”./Teleqraf.com
13-09-2015, 13:48
28-03-2016, 14:20
8-12-2019, 11:23
25-09-2018, 11:37
25-08-2014, 10:57
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?