“Bəzən yan-yana olan iki kəndin birinə yağış yağır, digərinə yox... Bu, tam normal prosesdir. Təbiətin öz qoyduğu qanundur. Qarışa bilmərik”.
Bu sözləri musavat.com saytına açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Dilşad Məmmədova deyib.
O, ötən gün Bakının bəzi bölgələrinə leysan xarakterli yağışın yağmasını, bəzi bölgələrində isə quraqlığın olmasını belə şərh edib: “Bakının bəzi ərazilərinə leysan xarakterli yağış yağsa da, bəzi ərazilərində yalnız şimşək çaxıb. Yağıntı təbiət hadisəsidir, qeyri-bərabər bölünür. Ərazinin coğrafi mövqeyi, relyefindən asılıdır. Burada başqa qlobal məsələ yoxdur. Demək olmaz ki, bu hadisə hər hansı ekoloji problemin göstəricisidir. Bəzən yan-yana olan iki kəndin birinə yağış yağır, digərinə yox... Bu, tam normal prosesdir. Ötən il sentyabrın əvvəllərində leysan tipli yağış yağdı. Bu il isə həmin ərəfələrdə yay havası vardı. Bütün bunlar təbiətin şıltaqlığından irəli gəlir. Təbiətin təbii prosesidir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?