Gundemxeber.az » Dünya » Bayden: Bazamıza İrana bağlı qrup zərbə endirib
Xəbər verdiyimiz kimi, naməlum pilotsuz təyyarə İordaniyanın şimal-şərqində, Suriya sərhədinin yaxınlığında ABŞ-a məxsus olan "Qüllə-22" adlı bazaya zərbə endirib.
Gundemxeber.az bildirir ki, gecə vaxtı baş verən hadisə zamanı Amerika hərbçiləri çadırlarda yatırmış.
ABŞ prezidenti Co Bayden artıq hücumun təşkilatçılarının ona məlum olduğunu bildirib: "Hücumla bağlı hələ də faktlar toplayırıq, lakin artıq bilirik ki, bu, Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirilib”.
Onun sözlərinə görə, şübhə etmir ki, bütün məsul şəxslər “seçdiyimiz vaxtda və bizim seçdiyimiz şəkildə” məsuliyyətə cəlb olunacaqlar.
ABŞ Mərkəzi Komandanlığı bazar günü verdiyi açıqlamada pilotsuz təyyarənin hücumu nəticəsində 3 hərbçinin öldüyünü və 25 hərbçinin yaralandığını təsdiqləyib. Pentaqon bildirib ki, ölən və yaralanan hərbçilərin kimliyi ilə bağlı məlumat onların yaxın qohumlarına bildirilənə qədər 24 saat ərzində açıqlanmayacaq.
Gundemxeber.az
20-06-2019, 13:01
28-06-2021, 10:49
14-04-2018, 15:33
26-02-2021, 11:00
26-12-2022, 18:34
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?