Gundemxeber.az » Dünya » Borrel Mərkəzi Asiya ölkələrinə "qarmaq atır"
“Cəmi dörd il əvvəl Mərkəzi Asiya ölkələri “bir az ucqarda idilər”, indi isə hadisələrin mərkəzindədirlər”.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu fikri Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib.
Borrel bu barədə Aİ ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinə dair investisiya forumunda çıxışı zamanı bildirib. Brüsseldə keçirilən görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak edirlər.
Avropa diplomatiyasının rəhbəri izah edib ki, müasir “mürəkkəb geosiyasi mühitdə” Mərkəzi Asiya regionunun ölkələri Avropa İttifaqının ən mühüm tərəfdaşına çevrilirlər.
Borrel deyib: "Bundan əvvəl də demişdim ki, mən dörd il əvvəl Brüsseldə işləməyə başlayanda Mərkəzi Asiya bir az ucqarda idi və indi siz hadisələrin mərkəzindəsiniz". O, qeyd edib ki, bu əməkdaşlıq anti-Rusiya sanksiyalarının effektivliyinin artırılması baxımından əhəmiyyətlidir. İqtisadi əlaqələrin möhkəmləndirilməsi və ümumi dəyərlərin qorunması isə mövcud siyasi məqsədlərə cavab verməlidir.
Qeyd edək ki, ABŞ və Avropa son vaxtlar Mərkəzi Asiya respublikalarına nüfuz etməklə Rusiyanın ətrafını sarmaq siyasəti yeridir. Başqa sözlə, Qərb Qafqaz ölkələrini “demokratikləşirib” yarıdandan sonra indi də gözünü Mərkəzi Asiyaya dikib.
Gundemxeber.az
8-08-2017, 14:17
22-01-2024, 17:55
18-07-2022, 13:03
21-02-2020, 12:14
5-03-2013, 10:31
Sorğu
Yeni dizaynımız necədir?