Azərbaycan hökuməti isə ölkənin tranzit imkanlarının əhəmiyyətini vurğulayır, nəqliyyat arteriyalarının inkişafına nəhəng investisiyalar qoyur
2012-ci ildə TransAvropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyyat dəhlizinin Azərbaycan sahəsi ilə tranzit yük daşımaları 15 718,8 min ton olub. Bu, 2011-ci ildəkindən 3,2% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Dəmir yolunun payına 7,4 mln ton (-6,1%), dəniz nəqliyyatının payına 8,3 mln ton (-0,5%) tranzit daşımaları düşür. Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ildə Azərbaycan sahəsi ilə tranzit yük daşımalarının həcmi 16,7 mln ton (+5%) olub. Azərbaycan hökuməti hər zaman ölkənin tranzit imkanlarının əhəmiyyətini vurğulayır, nəqliyyat arteriyalarının inkişafına nəhəng investisiyalar qoyur. Amma bir dəfə də olsun ölkə ərazisi ilə tranzit yük daşımalarının maliyyə səmərəsi barədə hesabat verməyib. Ekspertlər TRACECA ilə kömür, neft, neft mıəhsulları, mineral gübrələr daşınmasında azalma olduğunu bildirir. Tranzit daşımalarında zalma dünya iqtisadi böhranı və bir sıra Aİ, Asiya və Şimali Afrika ölkələrində iqtisadi və siyasi böhranla bağlayırlar. Amma analiz göstərir ki, daha liberal sərhəd və gömrük rejimi şəraitində, yəni sərhəddə müxtəlif bəhanələrlə saxlama müddətini azaltma və icazə sənədlərinin verilməsini sürətləndirməklə əlavə tranzit yükü cəlb etmək olar. TRACECA proqramına təşəbbüs 1993-cü ilin mayında olub. Məqsəd Avropadan Qara dəniz, Qafqaz, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxmaqdır. Proqram iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Monqolustan, Moldova, Bolqarıstan, Rumıniya, Türkiyə, İrandır. Layihəni Avropa İttifaqı maliyyələşdirir. TRACECA üzvü olan ölkələr öz geosiyasi və iqtisadi imkanlarını nəqliyyat şəbəkəsi ilə bağlayır – Asiya ilə Avropa arasında illik ticari dövriyyə 2 trln. dolları keçir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?