Gundemxeber.az » Dünya » RF baş nazirinin keçmiş müavini Roqozin: "Ukraynada snayper kimi döyüşürdüm"
Rusiya ura-patriotlarının öndə gedəni, “Roskosmos”un keçmiş rəhbəri, Ukraynaya məxsus Zaporojye vilayətindən "senator" seçilmiş Dmitri Roqozin Rusiya mediasına geniş müsahibə verərək, Ukraynada aparılan müharibədən danışıb.
Gundemxeber.az musavat.com-a istinadla xəbər verir ki, Roqozin ön cəbhədə olduğu il yarımın onun üçün akademiyaya çevrildiyini bildirib və şimal hərbi dairəsi zonasına getdiyini, məqsədinin yeni silahlı mübarizə vasitələrini və onun taktikasını öyrənmək olduğunu deyib.
Bir zamanlar Rusiya baş nazirinin müavini olan Roqozin cəbhə xəttinə snayper kimi getdiyini də iddia edib: “2022-ci ilin dekabrında mən snayper kimi düşmən pulemyotçularını ovlamağa başladım.
- Məqsədinzə nail ola, bir neçə hədəf vura bildinizmi?
- Bəli. Bu barədə mənim özümün açıq şəxsi hesabım var.
-Bu müharibədə snayper olmağın ən çətin tərəfi nədir?
- Siçanlar. Orada onlar çoxdurlar. Hər yerdə siçanlar qaynaşır. Yaxanıza girirlər, hətta atəş açılması belə onları uzun müddət uzaqlaşdırmır. Uşaq vaxtı müharibə zamanı yanında ilan yatan yakut snayperi haqqında sovet kitabı oxumuşdum. O ilana fikir vermədən düşmənə atəş açmağa davam edirdi. 59 yaşımda praktiki olaraq eyni şeyi edəcəyimi düşünmürdüm.
-Snayperin üstündə pilotsuz təyyarə varsa, özünü necə aparmalıdır?
- Belə bir vəziyyətə düşmüşdüm. Onunla rastlaşanda gizlənmək və ya qaçmaq istəyirsən. Ancaq heç bir halda bu edilməməlidir. Sadəcə, donmaq lazımdır. Başı qaldırmaq, pilotsuz təyyarəyə baxmaq olmaz. Belə olanda düşmən operatoru sizi parça-parça səpələnmiş ağac-odun qalağının monoton fonunda görə bilməyəcək.
Oradakı xəndəklər də filmlərdəki kimi, üç metr hündürlükdə isti blindajlar deyil. Əsl döyüş səngəri, ən yaxşı halda, çiyin bərabərində dərindir, növbəti yağışdan sonra suyla dolur. Bu əsl müharibədir.
Gundemxeber.az
5-01-2023, 09:43
17-12-2012, 13:04
15-09-2014, 15:11
12-11-2019, 10:30
19-01-2018, 11:40
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?