Gundemxeber.az » Dünya » Rusiyada “İl-76” vurulub? - Təyyarənin “qara qutu”larından əldə edilən ilkin məlumat açıqlandı
Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan “İl-76” təyyarəsinin uçuş qeydiyyatçılarından alınan məlumatlar ona xarici təsirin olduğunu təsdiqləyir.
Bu barədə Rusiyanın təhlükəsizlik qüvvələrindən məlumat verilib.
“Qara qutu”nun məlumatları “İl-76”nın qəzaya uğradığını göstərəcək bütün mümkün versiyaları istisna edir, təyyarənin xarici təsirlərə məruz qaldığını, yəni havada vurulduğunu təsdiqləyir. Hər şey göz qabağındadır”, - deyə mənbədən bildirilib.
O da vurğulanır ki, “qara qutu”lardan alınan məlumatların təhlili davam edir.
“Bu iş başa çatmaq üzrədir”, - deyə təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib.
Xatırladaq ki, hadisə yanvarın 24-də Belqorodda (Rusiya) baş verib. Hərbi təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş və mübadilə üçün aparılan 65 hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olub. Qəzadan sağ qalanların olmadığı müəyyən edilib.
Sonradan hadisə yerində raket parçaları tapıldığı barədə məlumat verildi.
Gundemxeber.az
14-02-2018, 15:07
12-02-2018, 11:45
19-07-2014, 04:00
26-09-2020, 13:47
14-08-2019, 15:11
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?